Adanın ətrafında müharibə zəngləri çalır

Adanın ətrafında müharibə zəngləri çalır

Tayvan Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 26 hərbi təyyarə və 4 döyüş gəmisinin aşkar edildiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin açıqlamasında 26 təyyarədən 15-nin tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən Tayvan boğazında uçduğu qeyd edilib.

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda səfərindən bəri Çin Tayvan ətrafında təyyarə və gəmi patrullarını artırıb və Tayvan boğazını ayıran nominal “orta xətti” keçən yerlərdə uçuşları nizamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə