Ramzan Kadırov “Qurani-Kərim”in səhifələrini yandırmaq üçün od yandıran ukraynalı əsgəri tapıb gətirənə mükafat veriləcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Ramzan bu barədə “Telegram” kanalında yazıb.
...Bu pisliyi aradan qaldırmaq üçün beş milyon rubl mükafat elan edirəm. Diri tutub gətirənə isə iki dəfə çox - on milyon rubl mükafat veriləcək.
Maraqlıdır ki, Ramzan pulun istənilən vaxt ödəniləcəyinə də inandırıb
Xatırladaq ki, bir müddət bundan əvvəl Ramzan Kadırov sosial şəbəkədə Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin “Qurani-Kərim”i yandırması ilə bağlı yayılan videoya münasibət bildirərək, bu insanların “əsl faşist-şeytan iç üzlərini” göstərdiklərini bildirib.
O, həmçinin yaxınlıqda çeçen və ya müsəlmanların olacağı təqdirdə, ukraynalı döyüşçülərin bunu etməyə cəsarəti çatacağını bildirmişdi.
Bundan əlavə, o, Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşən müsəlmanları qınayıb və əlavə edib ki, onlar da “Qurani-Kərim”ə təcavüz edənlər kimi lənətə düçar olacaqlar.
Qeyd edək ki, yanvarda Kadırov Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin ilk ilahiyyatçı qrupunun rəhbəri, Çeçenistan müftisi Salah-Xaci Mecjiyevin Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetində təlim keçdiyini açıqlamışdı. Onun sözlərinə görə, Çeçenistanda 300-dən çox qadi və məscid imamları təlim keçməyi planlaşdırır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB