Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin, eləcə də Rusiya Federasiyasının prezidenti yanında uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsi üçün orderlərin verilməsi ilə bağlı qərarı tamamilə qeyri-legitimdir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
“...Biz sualın qoyuluşunu qəzəbli və qəbuledilməz hesab edirik. Rusiya, bir sıra dövlətlər kimi, bu məhkəmənin yurisdiksiyasını tanımır və bu cür qərarlar Rusiya üçün hüquq baxımından etibarsızdır. Bu qərarla bağlı istədiyim və deyə biləcəyim yeganə şey budur”-deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB