Müvəkkil Mariya Lvova-Belova Haaqadakıları məsxərəyə qoydu?

Müvəkkil Mariya Lvova-Belova Haaqadakıları məsxərəyə qoydu?

Bu arada Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə order verilməsi ilə bağlı bəyanatını məsxərəyə qoyub.

Bunu əcnəbilərin Rusiya missiyasına həqiqi münasibətini nümayiş etdirməyin ən yaxşı yolu olduğunu deyən, səlahiyyətli xanımın fikrincə, guya Kremlin bu addımı atmaqda məqsədi uşaqları xilas etmək və onlara qayğı göstərmək olub.

Qeyd edək ki, əməlini dəyərləndirən Mariya Lvova-Belova, bundan əvvəl Yaponiyanın da ona qarşı sanksiyalar tətbiq etdiyini xatırladaraq, “...görəsən bundan sonra nə olacaq, amma biz işləməyə davam edəcəyik”-deyib.

Yeri gəlmişkən, bu arada ruslar Qərb ölkələrinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin katibliyini “özəlləşdirib”, qurumu “NATO tipli ədalətə” çevirdiklərini bildiriblər.

Rus saytlarının yazdığına görə, guya bir sıra dövlətlər Haaqa məhkəməsinin fəaliyyətini qəti şəkildə pisləyirlər.

Belə ki, Çin Xalq Respublikası, Hindistan, İsrail, İran və digər ölkələr Haaqa Məhkəməsinin mövcudluğuna qəti şəkildə qarşı çıxıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə