Avropa İttifaqının Türkiyədəki Nümayəndəliyinin rəhbəri səfir Nikolaus Meyer-Landrut Türkiyədə baş verən fəlaqətlərlə əlaqədar bu ölkəyə dəstək verməyə davam edəcəklərini deyib.
SİA-nın əldə etdiyi məlumata görə, jurnalistlərə bəyanatlar verən Landrut fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində dağıdıcı fəlakətin yaşandığını xatırladıb.
Kahramanmaraşda təbii fəlakətin səbəb olduğu mənzərəni həyatının heç bir dövründə görmədiyini ifadə edən Nikolaus Meyer-Landrut deyib:"Küçələrdən dağılmış evləri görə bilərsiniz. Bunu başa düşmək və qavramaq həqiqətən çətindir".
Nikolaus Meyer-Landrut Türkiyənin yanında olmağa davam edəcəklərini vurğulayıb.
Nikolaus Meyer-Landrut Avropa İttifaqının dönəm sədrliyini davam etdirən İsveçin baş naziri Ulf Kristerssonun rəhbərliyi ilə Belçikanın paytaxtı Brüsseldə donorlar konfransı təşkil ediləcəyini və beləliklə, Türkiyəyə daha çox beynəlxalq dəstək vermək istədiklərini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB