ABŞ Rusiya işğalçılarına qarşı mübarizə üçün Ukraynaya növbəti hərbi yardım paketini tezliklə elan edəcəyini açıqlayıb. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
SİA “Ukrinform”a istinadən yeni yardım paketi elanının “yaxın günlərdə” veriləcəyini bildirir.
Qeyd edək ki, Kirbi yeni paketə hansı silahların daxil ediləcəyini açıqlamayıb, lakin Ukraynaya dəstək ABŞ-ın təmin etməyə razılaşdığı imkanlar və məbləğlər baxımından dünyada tayı-bərabəri olmadığını deyib.
Xatırladaq ki, son 400 milyon dollarlıq yardım paketi ABŞ tərəfindən Kiyevə martın 3-də ayrılıb.
Yeri gəlmişkən, ABŞ hakimiyyəti müntəzəm olaraq Ukraynaya böyük hərbi yardım paketləri təqdim edir. Bunlara döyüş sursatları və müasir silahlar daxildir. ABŞ Ukrayna hərbçiləri üçün də təlimlər keçirir. Belə ki, Rusiya hücumu başlayandan bəri ABŞ Ukraynaya təxminən 30 milyard dollar məbləğində yardım edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB