Lida sərhəd xidmətinin əməkdaşları başqasının pasportundan istifadə edərək Belarus sərhəddini keçməyə cəhd edən şəxsi saxlayıb.
SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri martın 16-da Belarus sərhəd xidməti yayıb.
Beləliklə, başqalarının sənədlərindən istifadə ilə bağlı insident ötən gün Benyakoni sərhəd-keçid məntəqəsində baş verib. Litvadan gələn şəxs Belarus ərazisinə gedərkən ona məxsus olmayan pasportdan istifadə edib.
Verilən xəbərə görə, sərhəd pozucusu Belarus keçid məntəqəsində sərhəd nəzarətindən keçərkən sərhədçilər həmin şəxsin xarici görünüşü ilə pasporta yapışdırılmış fotoşəkil arasında uyğunsuzluq aşkar ediblər. Sərhədçilərin suallarına cavab olaraq vətəndaş izah edib ki, səfərinin son məqsədi Rusiya, Litva və Belarus ərazilərini tranzitlə keçməkdir.
Qeyd edilir ki, saxlanılan şəxs qohumlarını ziyarət etmək üçün Latviyadan tranzitlə Litva və Belarusdan Rusiyaya getmək niyyətində olduğunu söyləyib.
Belarus sərhədçilərinin dediyinə görə, əşyaları yoxlanılan şəxsin çantasında SİM kartlara malik iki smartfon aşkar edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB