Son bir ildə nə qədər rusiyalı Gürcüstan vətəndaşlığı alıb?

Son bir ildə nə qədər rusiyalı Gürcüstan vətəndaşlığı alıb?

2022-ci il fevralın 24-dən indiyədək 3297 Rusiya və 78 Ukrayna vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.

SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, müxalifətdə olan “Strategiya Aqmaşenebeli” partiyasının deputatı Paata Manjqaladze Gürcüstan Ədliyyə Nazirliyindən Rusiyanın Ukraynaya təcavüzü başlayandan bu yana Gürcüstan vətəndaşlığını almış Rusiya Federasiyası və Ukrayna vətəndaşlarının sayı ilə bağlı statistika tələb edib.

Rəsmi statistikaya görə, Gürcüstan pasportu alan Rusiya Federasiyası və Ukrayna vətəndaşlarının əksəriyyəti öz vətəndaşlığını bərpa edib və ya istisna hal kimi qəbul edib.

O cümlədən, 1668 rus və 32 ukraynalı vətəndaşlığın bərpası prosedurundan, 1625 rus və 46 ukraynalı vətəndaşlıq almaq prosedurundan istisna hal kimi istifadə ediblər.

Xatırladaq ki, 2022-ci il fevralın 24-dən 2023-cü il fevralın 8-dək Rusiya və Ukrayna vətəndaşlarından vətəndaşlıq almaq üçün daxil olan müraciətlərin ümumi sayı 8544 nəfər təşkil edib. Gürcüstan rusların müraciətlərinin demək olar ki, 40, ukraynalıların isə 37 faizini təmin edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə