Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları, ölkədə təxribat fəaliyyəti ilə məşğul olduqları iddia edilən 6 rus casusunu müəyyən edib saxladıqlarını bildiriblər.
SİA bu barədə “TASS RMF” radiostansiyasına istinadən xəbər verir.
Beləliklə, agentlik əməkdaşlarıın sözlərinə görə, saxlanılma mühüm dəmir yolu marşrutları və qovşaqlarında relslərdə hərəkəti qeydə alan və baş verənləri internet vasitəsilə ötürən gizli kameraların aşkarlanması ilə əlaqədar edilib.
Bildirilir ki, söhbət əsasən Podkarpakye voyevodalığında, o cümlədən Yasionka hava limanının yaxınlığındakı dəmir yolu marşrutlarının bölmələrindən gedir.
Radiostansiya, bunu Ukrayna üçün Qərb silah və sursatlarının əsas daşınma məntəqəsi olduğunu bildirib.
Bu əməliyyatla əlaqədar Polşa xidmətləri və polis yüksək hazırlıq vəziyyətinə gətirilib.
Belə ki, strateji əhəmiyyətli obyektlərin mühafizəsinə artıq xüsusi diqqət yetirilməyə başlanılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB