Sergey Şoyqu suriyalı həmkarı ilə görüşüb

Sergey Şoyqu suriyalı həmkarı ilə görüşüb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyanın müdafiə naziri Mahmud Abbasla ikitərəfli əməkdaşlığın aspektlərini müzakirə edib. Onların görüşü martın 15-də Moskvada baş tutub.

“Tərəflər Suriyadakı vəziyyəti, həmçinin ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Rusiya və Suriyanın müdafiə nazirləri Suriya Ərəb Respublikasında sabitliyin qorunmasına yönəlmiş sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyi görüşdən sonra bildirib.

Söhbət zamanı Sergey Şoyqu fevral ayında baş verən zəlzələlərə görə Suriya xalqına da başsağlığı verib. O, təbii fəlakəti “böyük faciə” adlandırıb və Rusiyanın həm hərbçilər, həm də mülki şəxslər tərəfindən göstərdiyi yardımı xatırladıb.

Rusların yazdığına görə, Sergey Şoyqu və Mahmud Abbas arasında danışıqlar “dostluq şəraitində” keçib. Tərəflər terrorizmə qarşı birgə mübarizəni davam etdirmək və müdafiəni gücləndirmək niyyətlərini təsdiqləyiblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə