Vaşinqton Ukraynadakı vəziyyət fövqündə ABŞ və Rusiya arasında münasibətin gərginləşməsini istəmir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN-ə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbinin sözlərinə görə, ABŞ-ın ən son istədiyi şey vəziyyətin belə inkişafıdır.
“Bizim ən az istəmədiyimiz, açıq-aydın hər kəsin istəmədiyi şey, Ukraynadakı münaqişənin ABŞ və Rusiya arasında bir şeyə çevriləcək qədər genişlənməsidir”.
Ağ Ev rəsmisi deyib bunu.
Xatırladaq ki, ABŞ-ın Avropa Komandanlığı martın 14-də Rusiyanın “Su-27” təyyarəsinin Qara dəniz üzərində Amerikanın “MQ-9” pilotsuz təyyarəsi ilə toqquşması barədə məlumat vermişdi.
Çərşənbə günü Kreml Qara dənizdə Amerikanın pilotsuz təyyarəsi ilə bağlı insidenti şərh edib.
CNN siyasi müşahidəçisinin fikrincə, vurulan “MQ-9” pilotsuz uçan aparat ilə bağlı insident ABŞ-ın Ukraynaya yardımla bağlı mövqeyini dəyişə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB