Kiyev Baxmutu təslim etməmək qərarına gəlib

Kiyev Baxmutu təslim etməmək qərarına gəlib

Baxmut (ruslar ona Artemovsk deyir) bütün cəbhənin müdafiəsində açardır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.

Qeyd edək ki, müvafiq yazı martın 14-də onun “Telegram” səhifəsində yer alıb.

Beləliklə, Valeri Zalujnı hesab edir ki, Baxmut şəhərinin müdafiəsi və onu Ukraynanın nəzarəti altında saxlamaq Ukrayna Silahlı Qüvvələri üçün əsas vəzifələrindən birinə çevrilməkdədir.

Onun sözlərinə görə, Rusiya qüvvələrinin qarşısını almaq üçün Ukrayna hərbçilərinin müdafiə hərəkətləri böyük strateji əhəmiyyət kəsb edir.

“...Bu istiqamətdə aparılan müdafiə əməliyyatı düşmənin qarşısını almaq üçün son dərəcə mühüm strateji əhəmiyyətə malikdir. Bu, bütün cəbhənin müdafiəsinin sabitliyinin açarıdır”.

Qeyd edək ki, Zalujnı bunu “Telegram” kanalında yazıb.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl SİA-nın da yazdığı kimi, Kiyevin Baxmutu təslim etməmək qərarına gəldiyi məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə