Rusiyalı blogger Lana Sator Albaniyadan siyasi sığınacaq istəyib

Rusiyalı blogger Lana Sator Albaniyadan siyasi sığınacaq istəyib

Albaniyada məxfi hərbi məlumat yaymaqda və qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən rusiyalı fotobloqer Lana Sator (Svetlana Timofeyeva) ölkədən siyasi sığınacaq istəyib. O, Rusiyaya qayıdacağı təqdirdə təqiblərdən qorxduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, Rusiyada dövlət sirri təşkil edən məlumatları qanunsuz əldə etdiyinə görə qiyabi həbs edilib.

Qeyd edək ki, Sator tərk edilmiş sənaye və hərbi obyektlərin fotoşəkillərinin müəllifidir, onun İnstaqramına 250 mindən çox insan abunə olub.

2022-ci ilin avqustunda o, rusiyalı Mixail Zorin və ukraynalı Fyodor Alpatovla Albaniyanın Qramşi şəhərində sovet dövründə AŞ-78 avtomatları istehsal edən hərbi zavoda daxil olmaq istəyərkən saxlanılıblar.

Saxlanılan şəxslər orada fotosessiya keçirmək istədiklərini iddia ediblər.

Verilən məlumata görə, onların yanlarında qaz balonu olub. Onlar zavod mühafizəçiləri tərəfindən saxlanılan zaman qaz balonunun köməyi ilə müqavimət göstərməyə cəhd etdikləri də iddia edilir.

Yeri gəlmişkən, onların hamısını 20 ilə qədər həbs gözləyir.

Onu da qeyd edək ki, Albaniyada həbs edildikdən sonra Satora Rusiyada da cinayət işi açılıb. 2022-ci ilin avqustunda o, qiyabi həbs edilib. Bu halda onu 8 ilə qədər həbs gözləyir.

Yeri gəlmişkən, Satoranın Albaniya hakimiyyətinə sığınacaqla bağlı verdiyi ərizəsində o, Rusiya prezidenti Vladimir Putini Ukraynanı işğal etdiyinə görə açıq şəkildə tənqid etdiyini bildirib.

Qeyd edək ki, Albaniya Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulub. Bundan əlavə, Rusiya istintaq orqanları da Tirananın qara siyahısındadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə