"SSRİ dağılandan sonra Rusiyada beşinci kolon yaradılıb"

"SSRİ dağılandan sonra Rusiyada beşinci kolon yaradılıb"

Rusiyaya təzyiqlər Sovet İttifaqının dağılmasından sonra başlayıb. Belə ki, ölkəni silkələmək məqsədi ilə beşinci kolon yaradıldı.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu prezident Vladimir Putin Buryatiyada təyyarə zavodunun işçiləri ilə görüşündə deyib.

Dövlət başçısının dediyinə görə, bu gün Rusiyaya terrorçu dəstələri göndərilib.

Və onlar Şimali Qafqazda daxili siyasi vəziyyəti sarsıtmaq üçün hərəkət ediblər

Qeyd edək ki, Ulan-Udedəki aviasiya zavoduna səfəri zamanı Vladimir Putin, SSRİ-nin dağılmasından sonra müasir beynəlxalq problemlərin də yarandığını xatırladıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə