İranda amnistiya

İranda amnistiya aktı gənc qızın polis bölməsində ölümü ilə nəticələnən etiraz aksiyalarının 20 mindən çox iştirakçısına çamil edilib.

SİA-nın əldə etdiyi məlumata görə, ümumilikdə 82 min məhkum azadlığa buraxılıb.

Xatırladaq ki, İranda payızda baş vermiş iğtişaşların 20 mindən çox iştirakçısı azad edilib.

Bunu İslam Respublikasının məhkəmə hakimiyyətinin başçısı Qolyam-Hussein Mohseni Ejei bildirib.

Onun sözlərinə görə, ötən il martın 21-dən etibarən 82 min nəfərə amnistiya tətbiq edilib və onların sayı arta da bilər. İranın “Tasnim” agentliyi xəbər verir ki, amnistiyaya məruz qalanlar arasında etirazlarda iştiraka görə məhkum olunanların 22 mini də var.

Qeyd edək ki, Ejei, daha 34 min məhbus üçün cəzanın tamamilə ləğv edilmədiyini, lakin yüngülləşdirildiyini də bildirib.

Qurum rəsmisi diqqətə çatdırıb ki, ağır cinayət törədən və ya oğurluqda yaxalanan şəxslər amnistiyaya cəlb edilmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə