Sonradan Serbiya bunun bədəlini ödəməli olacaq...

Sonradan Serbiya bunun bədəlini ödəməli olacaq...

Serbiyanın İqtisadiyyat naziri Rade Basta “İnstaqram” səhifəsində hökuməti sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul etməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, nazir Rusiyaya qarşı, Qərbə dəstək verməməsinin bədəlini çox ödəyə bilməyəcəklərinə işarə edib.

“Ölkəmiz Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyi üçün onsuz da ağır bədəl ödəyir və bu dözülməz hala gəlir”-yazan Basta, Serbiya prezidenti Aleksandr Vuçiçin böyük təzyiq altında olduğuna diqqət çəkib və Qərb dövlətlərinin Moskvaya qarşı məhdudiyyətlərini dəstəkləməyə çağırıb.

Onun sözlərinə görə, bu yolla Belqrad öz milli və dövlət maraqlarını qoruyacaq.

Qeyd edək ki, daha əvvəl Vuçiç, Serbiya rəhbərliyinin Ukraynadakı münaqişənin heç bir tərəfini silahla təmin etmədiyini, lakin rəsmi Belqradın əmri olmadan Serb silahları “qaynar nöqtələrə” düşə biləcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə