Bundestaq, Almaniya Silahlı Qüvvələrində bəzi silah çatışmazlıqlarının meydana çıxdığını bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, martın 13-də “NTV” telekanalının efirində bunu Almaniya parlamentinin müdafiə məsələləri üzrə komissarı Eva Höql bildirib.
O, xüsusən də bəzi avadanlıqların, məsələn, gecəgörmə cihazlarının və radio avadanlıqlarının çatışmazlığına diqqət çəkib.
Müdafiə məsələləri üzrə komissarın fikrincə, bu, əsgərlərin nəzəri və praktiki hazırlığına mane olur.
Bununla bağlı Höql hökuməti alman ordusunun təminatının yaxşılaşdırılması üçün təcili tədbirlər görməyə çağırıb. O, ilk növbədə yeni rəqəmsal radiostansiyalara ehtiyac olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius, hazırda Almaniyanın ölkəyə hücumu zamanı qoruya biləcək silahlı qüvvələrin olmadığını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB