"Müharibənin hazırkı vəziyyəti kritik olaraq qalır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Müharibənin hazırkı vəziyyəti kritik olaraq qalır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti kritik olaraq qalır və hər hansı bir diplomatik danışıqlar istiqamətində də uğurlar yoxdur. Ukrayna əsasən həlledici əks-hücum əməliyyatlarına başlamaq istiqamətində koordinasiyalı şəkildə fəaliyyət göstərir. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Baxmut istiqamətində də ciddi döyüşlər gedir: "Demək olar ki, Baxmut tərəflər arasında müharibənin gedişinə təsir edəcək bir qaladır. Hesab edirəm ki, Ukrayna Baxmut istiqamətində Rusiya ordusunu çıxararsa, təbii ki, Rusiya tərəfi dərin psixoloji vəziyyətə düşəcək.

Düşünürəm ki, Qərblə Rusiya arasında bu istiqamətdə siyasi toqquşma davam edir. Bu siyasi toqquşamada da tərəflərin ortac məxrəcə gəlməsi də mümkün görünmür. May-iyun ayına kimi həlledici döyüşlərin davam edəcəyini düşünürəm. Belə olan təqdirdə proseslər zamanı siyasi danışıqlarda da irəliləyiş olmayacaq. İndiki vəziyyət gərgin olaraq qalır, bütün proseslər döyüş meydanında aydınlaşacaq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə