Rusların dediyinə görə, Çexiyada etiraz aksiyaları zamanı ruslardan ibarət izdiham ukraynalıları “Faşistlər” deyə “zəhərləyiblər”
Kor kora kor deməsə...

Martın 12-də Praqada rusiyayönlü etiraz aksiyaları keçirilib. Üçrəngli və “Vaqneritlər” formasında olan şəxslər eyni vaxtda eyni yerdə baş tutan ukraynayönlü aksiyanın iştirakçılarını təxribata çəkməyə çalışıblar.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, əllərində Rusiyanın bayraqları və tanınmamış respublikaların rəmzlərini tutan rusiyayönlü etiraz aksiyasının iştirakçıları Çexiyanın inzibati binalarının altında “Ukraynalılar, evə getməyin vaxtıdır” şüarları səsləndiriblər.

Rusiya təbliğatçılarının dediyinə görə, aksiya ukraynalı qaçqınların aksiyasına cavab olaraq ruslar tərəfindən başlanıb.

Qeyd edək ki, Rusiya mətbuatının yaydığı videoda əllərində Rusiya bayraqları tutmuş şəxslər küçənin digər tərəfindəki ukraynalılara “faşistlər” deyərək qışqırmağa çalışırlar.

Onu da qeyd edək ki, izdihamda “Vaqneritlər”in formasını geyinmiş və bel çantasında rus svastikası zolaqları olan şəxslər də obyektivlərə düşüblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə