Azərbaycan Basketbol Liqasında XXI tura yekun vurulub.
SİA-nın əldə etdiyi məlumata görə, turun son oyunu Şəki Olimpiya İdman Kompleksində keçirilib.
“Olimpik Şəki” doğma azarkeşləri önündə “Sabah”la üz-üzə gəlib. Əlavə vaxtın oynanıldığı gərgin idman mübarizəsinin sonunda Bakı təmsilçisi 86:80 hesabı ilə qələbə qazanıb.
Oyunda ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (36 xal, 9 ribaund), “Sabah”dan isə Entoni Patti (27 xal, 8 ribaund) olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB