Zəlzələdən ölənlərin sayı 48 min nəfərə çatıb

Zəlzələdən ölənlərin sayı 48 min nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48 min nəfərə çatıb.

SİA Rusiyanın “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı, həmçinin, xəsarət alanların sayının 115 min nəfəri keçdiyini də bildirib. Qeyd edək ki, hazırda ölkədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması davam etdirilir.

Yeri gəlmişkən, bundan əvvəl almaniyalı deputat Engin Eroğlu fevralın əvvəlində Türkiyədə baş verən silsilə zəlzələlərin Avropa Birliyi ölkələrinə daxil olmaq istəyən yeni qaçqın axınına səbəb ola biləcəyini proqnozlaşdırmışdı. O, Avropa Şurasından Avropa Birliyinin belə bir risklə mübarizə aparmaq üçün fəaliyyət planının olub-olmadığını da soruşmuşdu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə