Malatyada dağıntılar altında qaldığı barədə yalan xəbər verən şəxs qruplar tərəfindən nəzarətə götürülüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,
AFAD və polis qruplarına zəng edən 25 yaşlı E.G. Kahramanmaraş mərkəzli zəlzələlərdə böyük ziyan görən Malatya Zaviye məhəlləsi Külliye küçəsində dağıntılar altında qaldığını bildirib.
Bölgəyə göndərilən AFAD və polis qrupları qismən çökən binanın dağıntıları arasında canlı olub-olmadığını araşdırıb. Telefonla əlaqə saxlayan qruplar siqnalın bölgədən iki məhəllə uzaqlıqdakı Kuğulu küçəsindən gəldiyini təyin edib. Başqa ərazidə olduğu müəyyən edilən E.G-nin polis qruplarına duş qəbul etmək üçün binanın birinci mərtəbəsindəki evə gəldiyini və yatdığını bildirib. Narkotikdən istifadə etdiyi iddia edilən şübhəli dərhal nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB