Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı düşmənin yeni uğursuzluqlarından danışıb
Rusların məqsədi dəyişməyib

Rus işğalçıları Limanski, Baxmutski, Avdeyevski, Maryinski və Şaxtyorski istiqamətlərində irəliləmək cəhdlərini davam etdirirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 11-i, şənbə günü Rusiyanın işğalı ilə bağlı operativ xəbərdə bildirib.

Ukrayna tərəfinin verdiyi məlumata görə, rusların əsas məqsədləri Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaqdır.

Belə ki, ruslar səylərini Limanski, Baxmutski, Avdeyevski, Maryinski və Şaxtyorski istiqamətlərində hücum əməliyyatları keçirməyə yönəldirlər.

Baş Qərargahdan, rusların Baxmut istiqamətində Baxmut şəhərinə hücumu dayandırmadığı, lakin ukraynalı müdafiəçilərdən layiqli cavab aldıqları deyilir.

Baş Qərargahdan verilən digər məlumata görə, ruslar Avdeyevski, Maryinski, Şaxterski, Kamenka, Severnoye, Pervomayskoye, Nevelskoye, Krasnoqorovka və Maryinka istiqamətlərində hücum əməliyyatlarına cəhd etsələr də, heç bir uğur əldə edə bilməyiblər.

Ukraynalıların verdiyi məlumata görə, Xarkov vilayətinin Qryanikovka və Donetsk vilayətinin Spornoe yaşayış məntəqələri ərazilərində uğursuz hücum cəhdləri edən ruslar, canlı qüvvə və texnika itkisi verərək əvvəlki mövqelərinə çəkilməli olublar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə