Ukraynanın Artemovskdakı sonuncu təchizat marşrutu kəsilib?

Ruslar deyir bunu...
Ukraynanın Artemovskdakı sonuncu təchizat marşrutu kəsilib?

Rus qoşunları Artemovskdakı (Baxmut) Silahlı Qüvvələr qrupunun təchizatının getdiyi son böyük yolu kəsib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə martın 11-də “Rus baharının hərbi müxbirləri” Telegram kanalı məlumat yayıb.

“Vaqner” PMC düşmən üçün son əsas təchizat yolunu kəsdi. Qeyd edım ki, Rusiya saytları elə belə də yazıblar.

Ukrayna ordusunun əsas təchizat yolunun bağlanması ilə bağlı vəziyyəti Kiyevli müşahidəçilər etiraf ediblər və qeyd ediblər ki, yolun əslində onu atəşə nəzarət altında saxlayan “Vaqneritlər” kəsib.

Bunu da rus saytları yazıb və Ukrayna bölmələrinin, guya bu gün və ya sabah əllərindən verəcəkləri kənd yollarından istifadə etdiklərini əlavə ediblər.

Qeyd edək ki, Artemovsk (Baxmut) uğrunda döyüşlər 7 aydan çoxdur davam edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə