Rusiyaya malların tranzitinə qoyulan qadağanın səbəbi

Rusiyaya malların tranzitinə qoyulan qadağanın səbəbi

Paralel idxal sxemi ilə baş verən Türkiyə ərazisindən Rusiyaya malların tranzitinin dayandırılması Qərbin sanksiyalarının tətbiqi ilə bağlıdır.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə rəhbərliyi bu qərarı martın 1-də verib.

Deyilənlərə görə, “Bloomberg” bunu adının açıqlanmasını istəməyən yüksək rütbəli türk rəsmiyə istinadən xəbər verir.

Agentliyin həmsöhbəti qeyd edib ki, bütün tədarük zəncirinin dayandırılması Avropa İttifaqı və ABŞ-ın təzyiqləri ilə bağlıdır. Agentlik daha ətraflı məlumat verməyib. Qeyd edək ki, rəsmi Ankara vəziyyəti şərh etmir.

Onu da qeyd edək ki, tranzitlə bağlı problemlər martın 6-da məlum olub.

Rusiyanın Türkiyədəki səfirliyinin nümayəndəsi diplomatik missiyanın Türkiyə hakimiyyət orqanları ilə əlaqə saxladığını və vəziyyəti həll etməyə çalışdığını bildirib, lakin o, danışıqların təfərrüatlarını açıqlamayıb.

Öz növbəsində, “Optimal Logistics”in baş direktoru Georgi Vlastopulo türkiyəli tərəfdaşlara istinadən bildirib ki, problemlər tranzitin emalında istifadə olunan sistemin yenidən konfiqurasiyası ilə bağlıdır. Onun sözlərinə görə, onuncu sanksiyalar paketindən malların əlavə edilməsi prosesində nasazlıq olub ki, bu da bazar ertəsi, martın 13-nə kimi aradan qaldırılmalıdır.

Yeri gəlmişkən, Türkiyə məhdudiyyətlərdən yan keçərək sanksiya tətbiq edilən malların tədarükü üçün ən əlverişli mərkəz olub. Bazar iştirakçılarının qeyd etdiyi kimi, məsələn, BƏƏ, daha sonra İran və ya Mərkəzi Asiya ölkələri vasitəsilə yeni marşrutlar yaratmaq mümkündür, lakin bu cür sxemlər logistik baxımdan çətin olduğu üçün həm də bahalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə