Türkiyə Statistika Təşkilatı yanvar ayına dair sənaye istehsalı indeksinin nəticələrini açıqlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, yanvar ayında sənaye istehsalı 1,9 faiz, illik olaraq isə 4,5 faiz artıb.
Karxana və mədənçilik sektoru indeksində 4,4 faiz artım müşahidə edilib.
Emal sənayesi indeksində 2,1 faiz, elektrik enerjisi, qaz, buxar və kondisioner istehsalı və paylama sənayesi indeksində isə 1,4 faiz artım qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB