ABŞ-ın Kaliforniya ştatının səlahiyyətliləri həftənin sonuna doğru gözlənilən güclü yağış və fırtınalı hava ilə bağlı əhaliyə xəbərdarlıq edib.
SİA-nın əldə etdiyi məlumata görə, meteoroloqlar, bir müddətdir davam edən qar fırtınasından sonra, xüsusilə əyalətin hündür hissələrində Kaliforniyanın yeni hava dalğası altında qalacağını bildiriblər. San Fransisko körfəzi və Sakramento da daxil olmaqla əyalətin mərkəzi və şimal bu gün və sabah gözlənilən güçlü yağış və qar əriməsinin daşqınlara səbəb ola biləcəyi qeyd edilib.
Milli Hava Proqnozları Mərkəzi Tvitter hesabında paylaşıb: “Sierra Nevadanın qərb kənarındakı axınlar və çaylar yağış və qar əriməsi daşqınlara səbəb qalacaq”.
Yerli hakimiyyət orqanları əhalini ən azı iki həftə ərzində əsas tələbat malları almağa çağırıb və onlara evlərdə və iş yerlərində daşqınlara qarşı qum torbaları ilə tədbir görməyi tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB