Türkiyə XİN mitinq keçirilməsinə icazə verilməsini pisləyib

Türkiyə XİN mitinq keçirilməsinə icazə verilməsini pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi Avropa hakimiyyətinin PKK terror təşkilatının tərəfdarlarının Avropa Parlamentinin binasında aksiya keçirməsinə icazə verməsini pisləyib. SİA-nın məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.

“PKK/PYD/YPG terror təşkilatının rəhbər və tərəfdarlarının Avropa Parlamentinin binasında dövlətimizə qarşı yönəlmiş hərəkətini şiddətlə qınayırıq. Avrop İttifaqının siyahısında olan terror təşkilatının təbliğatına xidmət edən bu cür fəaliyyətə yol verilməməlidir”-deyə, məlumatda vurğulanıb.

Qeyd olunub ki, bu vəziyyət bir daha Avropa Parlamentinin terrorla mübarizədə ikiüzlülüyünə və qeyri-səmimiliyinə dəlalət edir və Aİ-nin beynəlxalq öhdəliklərinə ziddir.

“Beynəlxalq təhlükəsizliyə təhdid yaradan terrorizmlə mübarizəmizə Aİ institutları və dövlətlərindən dəstək gözləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə