“Rusiyaya Ukraynanın bəzi hissələrini “ələ keçirməsinə” icazə verərdim”
Bayden administrasiyasının əsas rəqibi olan keçmiş ABŞ prezidenti Donald Tramp “Fox News” radiosuna Ukraynadakı müharibənin necə bitirəcəyi sualına cavab verib.
SİA-nın əldə etdiyi məlumata görə, Trampın dediklərindən yarana biləcək qalmaqalın qarşısını almaq üçün redaktorlar onun bəzi deyimlərini kəsmək qərarına gəliblər.
Maraqlıdır ki, Trampın müsahibədəki uyğunsuzluqlar Amerikanın xəbərlər və analitik onlayn nəşri olan “Daily Beast”-in jurnalisti Castin Baraqonanın da diqqətini çəkib.
Deməli, Tramp deyib ki, onun etməli olduğu yeganə şey Rusiyaya Ukraynanın bəzi hissələrini “ələ keçirməsinə” icazə vermək olardı.
Maraqlıdır ki, Tramp onun ABŞ-da prezidentliyi dövründə Rusiyanın heç nə ələ keçirmədiyi ilə öyünüb.
O, daha sonra “...mən danışıqlar apara bilərdim. Ən pis halda, onlara ələ keçirmək üçün nəsə verərək danışıqlar apara bilərdim, müəyyən ərazilər var ki, onlar açıq desək, rusdillidir, lakin bu, sövdələşmə olardı”.
Qeyd edilməlidir ki, respublikaçılara rəğbət bəsləyən kanalın özü belə bu ifadəni praym-taymda efirdən kəsib. “Mən razılaşa bilərdim...” sözləri ilə Trampın bu mövzu ilə bağlı çıxışı kəsilir və artıq Çinlə bağlı mövqeyi soruşulur.
Yeri gəlmişkən, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vladimir Putinə simpatiyasını gizlətmir və bu günə qədər Ukraynadakı müharibəni “24 saata” bitirəcəyi ilə bağlı iddialar səsləndirir.
Hətta bundan əvvəl Tramp demişdi ki, Ukrayna Krımdan imtina etməli və Rusiyaya NATO-ya üzv olmamaq üçün zəmanət verməlidir.
Xatırladaq ki, Tramp Ukraynaya ağır silahların verilməsini də tənqid edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB