ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti prezident Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya səfər etməkdən imtina edib. Rus saytlarının yazdığına görə, guya Zelenski ABŞ-ın ölkəni dəstəkləmək üçün ayırdığı vəsaitin səmərəli xərclənməsinə əmin olmaq üçün respublikaçı Makkarti Ukraynaya səfərə dəvət edib.
“Cənab Makkarti bizim necə işlədiyimizi, burada nə baş verdiyini görmək üçün buraya gəlməlidir və bundan sonra öz fərziyyələrini irəli sürməlidir. Düşünürəm ki, bu, ona öz mövqeyində kömək edəcək”.
SİA-nın əldə etdiyi məlumata görə, CNN bunu Zelenskidən sitat kimi gətirib.
Qeyd edək ki, parlamentari CNN telekanalına verdiyi açıqlamada Ukraynaya səfər etməyi planlaşdırmadığını və bunun lazım olmadığını bildirib. Makkarti, Kiyevi dəstəklədiyini, lakin əsassız yardımın ayrılması üçün “kart-blanş”ı dəstəkləmədiyini deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB