ABŞ mediası "Kızılelma"nı təriflədi! - Türkiyə güc mərkəzinə çevrilib...

ABŞ mediası "Kızılelma"nı təriflədi! - Türkiyə güc mərkəzinə çevrilib...

Türkiyənin "Baykar" şirkəti tərəfindən milli və orijinal olaraq inkişaf etdirilən ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma" 23 yanvar tarixində ikinci sınaq uçuşunu uğurla başa vurub. SİA Türkiyə mediasına istinadən xəbəbr verir ki, dünya mətbuatında öz xüsusiyyətləri ilə gündəmdə olan "Kızılelma" bu dəfə ABŞ mediasının diqqətini çəkib.

Bildirilir ki, "Kızılelma" Türkiyənin inkişaf etməkdə olan dron sənayesinin "zirvə nöqtəsi" ola bilər. Türkiyənin son 10 ildə pilotsuz uçuş aparatları sahəsində güc mərkəzinə çevrildiyinə diqqət çəkən "İnsider" dərgisi keçən il pilotsuz təyyarələrin müdafiə sənayesinin ulduzu olduğunu və ixracatının 2021-ci ilə nisbətən 80 faiz artaraq 871,5 milyon dollar olduğunu yazıb.

"Ukraynanın da istifadə etdiyi "Bayraktar TB2 dronlarını" istehsal edən "Baykar" bazarın əksəriyyətinə hakimdir. Şirkət bu il 24 ölkə üçün 400-dən çox TB2 istehsal edib. Bununla belə, TB2 "Baykar"ın modellərindən yalnız biridir. Şirkət ən yeni və potensialını təqdim edəcək, ən perspektivli məhsulu olan Red Apple-ın ikinci uçuş testini uğurla tamamladığını açıqladı.

Xəbər saytı "Baykarın tacı" adlandırdıqları "Kızılelma"nın Türkiyənin inkişaf edən DRONE sənayesinin zirvəsinə çevrilə biləcəyini ifadə edərək, onun texniki xüsusiyyətlərini sadalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə