“Ukraynaya qələbə lazımdır”

“Ukraynaya qələbə lazımdır”

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı tərəfdaş ölkələrdən olan həmkarları ilə Baxmutdakı vəziyyəti, eləcə də ümumiyyətlə Ukrayna Silahlı Qüvvələrinin silah və sursatla təminatını müzakirə edib.

SİA-nın əldə etdiyi məlumata görə, Zalujnı “Telegram”dakı paylaşımında görüşü “Ukrayna üçün çox vacib” adlandırıb.

“...Mən dost-həmkarlarımı görməyə şad oldum: NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı – ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanı, ABŞ Silahlı Qüvvələrinin generalı Kristofer Kavoli; Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral ser Toni Radakin, Polşa Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Raymund Andjeyçak, Ukraynanın Təhlükəsizliyə Yardım Qrupunun komandanı, general-leytenant Antonio A.Aquto, çox məlumatlı və birbaşa söhbətə görə onlara minnətdaram”.-deyən Ukrayna Ali baş komandanın sözlərinə görə, ilk işi döyüş meydanındakı vəziyyət barədə məlumat vermək olub. O, ən çox şərq istiqamətinə, xüsusən də Baxmutda baş verən hadisələrin gedişinə toxunub.

“Biz hərbi yardımın - silah və sursatın tədarükü məsələsini daha az diqqətlə müzakirə etdik. Hava hücumundan müdafiənin gücləndirilməsi, uzaqmənzilli silahlarla təmin edilməsi məsələləri ən vacib olaraq qalır”.

Qeyd edək ki, bunu da Zalujnı deyib və əlavə olaraq “biz bu və digər mühüm sahələrdə birgə işi davam etdirmək barədə razılığa gəldik. Ukraynaya qələbə lazımdır”-deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə