"Türkiyə ilə əsl qardaş ölkəyik"

"Türkiyə ilə əsl qardaş ölkəyik"

Cənubi Koreya Prezidenti Yun Sok Yol Türkiyə ilə "əsl qardaş ölkələr" olduqlarını bildirib.

Cənubi Koreyanın Ankaradakı səfirliyindən verilən yazılı açıqlamaya görə, Cənubi Koreya prezidenti fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyedə axtarış-xilasetmə işlərində iştirak edən Koreyanın Fəlakətlərə Yardım Qrupu ilə görüşüb.

Y.S. Yol axtarış-xilasetmə qrupu ilə görüşdüyü axşam yeməyindən sonra çıxışında deyib:

"Türkiyedə aparılan yardım səylərində göstərilən həmrəylik ruhu bizə Koreya və Türkiyənin çətin anlarda bir-birinə kömək edən əsl dost olduğunu xatırlatdı. Yeraltı təkanların davam etdiyi və soyuq hava şəraitinin hakim olduğu çətin vəziyyətlərdə komanda üzvlərinin fədakarlığına və səylərinə görə minnətdaram”.

Zəlzələ bölgələrinin bərpası və toparlanması üçün yardımın davam edəcəyini vurğulayan Y.S.Yol hökumət və özəl sektorun müvəqqəti yaşayış layihələrində iştirak etmək üçün 10 milyon dollardan çox vəsait ayıracağını bildirib.

Türkiyəyə 250 konteyner evi təmin ediləcəyini də bildirən Yol "Əməkdaşlığımız iki ölkənin "əsl qardaş ölkə" olduğunu göstərən bir simvol olacaq" deyib.

Zəlzələlərdən sonra 8 fevralda Türkiyəyə çatan 121 nəfərlik Koreya Fəlakət Yardım Qrupu Hatayda dağıntılar altından 8 nəfəri xilas edib, 19 nəfərin cəsədini çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə