Rusiya köhnə model tanklarını anbarlardan çıxarır?

Rusiya köhnə model tanklarını anbarlardan çıxarır?

İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında Rusiyanın 1961-ci ildə Sovet İttifaqı dövrünə aid T-62 tankları anbarlardan çıxararaq döyüş meydanına çıxaracağı açıqlanıb.

SİA-nın əldə etdiyi məlumata görə,İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında deyilir: “Rusiya ordusu ağır zirehli maşın itkilərini (Ukrayna müharibəsində) kompensasiya etmək üçün 60 illik T-62 əsas döyüş tanklarını yerləşdirməklə cavab verməyə çalışır".

Hesabatda “Hətta Rusiyanın aparıcı tank qüvvəsi sayılan 1-ci Mühafizə Tank Ordusunun hissələrinin əvvəlki itkiləri ödəmək üçün T-62-lərlə yenidən təchiz olunması real ehtimaldır. Son zamanlar 1954-cü ildə ilk dəfə meydana çıxan Rusiyaya məxsus BTR-50 zirehli transportyorlarının da ilk dəfə Ukraynada yerləşdirildiyi müəyyən edilib. 2022-ci ilin yayından bəri anbarlardan 800-ə yaxın T-62 götürülüb və bəziləri gecə effektivliyini artırmaq üçün təkmilləşdirilmiş nişan alma sistemləri ilə təchiz edilib”.

Hesabatda həmçinin qeyd olunub ki, bu köhnəlmiş tank növləri müasir döyüş meydanında təhlükəsizlik baxımdan bir çox zəifliklərə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə