‘‘Aztәminatlı ailәlәrә әrzaq yardımı edilәcәk’’

‘‘Aztәminatlı ailәlәrә әrzaq yardımı edilәcәk’’

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Parisdə ərzaq tədarükü şirkətlərinin rəhbərləri ilə görüşən Fransanın İqtisadiyyat naziri Bruno Le Maire aztəminatlı ailələrə ərzaq yardımının ediləcəyini bildirib

İnflyasiya ilə mübarizə və sürətli qiymət artımının qarşısını almaq üçün iyun ayına qədər bazarlarda ərzaq qiymətlərini sabitləyəcəklərini ifadə edən Bruno Le Maire aztəminatlı ailələrə də ərzaq çekləri paylayacaqlarını bildirib.

Ərzaq tədarükçüləri ilə qiymətləri illik olaraq sabit saxlamaq kimi bir formula üzərində çalışdıqlarını qeyd edən Bruno Le Maire qiymətlərin mümkün qədər aşağı salınacağını və tədarükçülərin bir-birindən asılı olmayaraq qiymətləri təyin edə biləcəyini söylədi.

Bütün xəbərlər Facebook səhifəmizdə