BMT, nəyin bahasına olursa olsun, taxıl müqaviləsini uzatmağa çağırır
Taxıl müqaviləsi nəyin bahasına olursa olsun uzadılmalıdır, çünki dünyada ac olan milyonlarla insan bu taxıldan asılıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli özünün “Twitter” səhifəsində yerləşdirdiyi videomüraciətdə bildirib.
Bislinin sözlərinə görə, Qara Dəniz Taxıl Təşəbbüsü yenilənməsə, Yer kürəsinin əhalisi təhlükə altında olacaq. Eyni zamanda, Ümumdünya Ərzaq Proqramı rəhbəri dünyada mövcud münaqişələrə, pandemiyaya, iqlim sarsıntılarına, Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərə diqqət çəkib.
Qeyd edək ki, vaxtilə 400 milyon insanı qidalandırmaq iqtidarında olan Ukraynada hazırda müharibə gedir.
Ona görə də bu müqavilə nəyin bahasına olursa olsun uzadılmalıdır.
BMT nümayəndəsi Ümumdünya Ərzaq Proqramının bu saziş sayəsində yalnız 36 milyon insana kömək edə biləcəyini də də gizlətməyib.
Xatırladaq ki, Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu martın 1-də keçirilən görüşdə taxıl müqaviləsini müzakirə ediblər.
Bundan əvvəl Türkiyə və BMT-nin Qərbdən taxıl müqaviləsi ilə bağlı etibarlı təminat tələb etdiyi bildirilirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB