Dövlətə xəyanətdə təqsirli bilinən rusiyalı jurnalist İvan Safronovu müdafiə edən vəkil Dmitri Katçev Gürcüstana buraxılmayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Dojd” telekanalına vəkil Yevgeni Smirnov danışıb.
Onun dediyinə görə, Katçev Moskvadan İrəvan vasitəsilə Tbilisiyə uçmaq istəyib.
Moskvanın Vnukovo hava limanından yola düşərkən Katçevin pasport məlumatları yenidən yazılıb və yalnız sərhədçi kiməsə yazdıqdan sonra buraxılıb.
İrəvanda Gürcüstana uçan sərnişinlər təyyarədən endirilməyib. Onlar Tbilisiyə martın 5-də axşam gəliblər və gələn kimi Katçevi ölkəyə buraxmayıblar.
Qeyd edilir ki, ona “başqa səbəblər”in əsas kimi göstərildiyi sənəd verilib.
“Vəkilin həyat yoldaşı və onunla birlikdə uçduğu kiçik qızına hava limanını tərk etmələri tapşırılıb. Həmin vaxt Katçevin telefonunu götürüblər, özü də deportasiya həbsxanasına göndərilib və elə orada da gecələyib. Ertəsi gün isə səhər saat 9-da onu yenidən təyyarə ilə İrəvana yola saldılar”.
Bu da “Dojd” telekanalında səsləndirilib.
Bu arada Smirnovun dediyinə görə, əvvəllər Katçevin Gürcüstana girişində elə də bir problem olmayıb. O, Tbilisidən sonra Yenidən Rusiyaya qayıdıb və Krasnoyarsk koloniyasında müvəkkili İvan Safronova baş çəkməli idi.
...Yeri gəlmişkən, İvan Safronov 2020-ci ilin iyulunda həbs edilərək Lefortovo istintaq təcridxanasına göndərilib. Məhkəmə 2017-ci ildə Safronovun Rusiyanın Afrikadakı hərbi-texniki əməkdaşlığı və Rusiya Silahlı Qüvvələrinin Yaxın Şərqdəki fəaliyyəti ilə bağlı məxfi məlumatları Çexiya kəşfiyyatına ötürməsi ilə bağlı istintaqın sübuta yetirilmiş versiyasını hesab edib. Bundan əlavə, o, Almaniya kəşfiyyatına daxil olan məxfi məlumatları ötürməkdə günahkar bilinib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB