Serbiya Türkiyəyə növbəti yardım göndərib

Serbiya Türkiyəyə növbəti yardım göndərib

Serbiya hökuməti tərəfindən Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərdən zərərçəkənlər üçün növbəti humanitar yardım göndərilib.
SİA xəbər verir ki, yardımlar paytaxt Belqraddakı “Nikola Tesla” hava limanından “Türk Hava Yolları”nın yük təyyarəsi ilə yola salınıb.

Humanitar yardıma çadır, ədyal, qızdırıcı, generator və mətbəx dəstləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə