Avtobus qəzaya uğrayıb - 12 nəfər ölüb

Avtobus qəzaya uğrayıb - 12 nəfər ölüb

Bazar günü Perunun şimal-qərbindəki Kasma əyalətində sərnişin avtobusu motosikletli taksi ilə toqquşub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, indiyədək 12 nəfərin öldüyü məlumdur.

Ölənlərdən 4-nün azyaşlı olduğu ehtimal edilir. 8 yaralı xəstəxanaya yerləşdirilib.

Toqquşmadan sonra avtobusda yanğın baş verib, polis hadisənin səbəblərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə