Tehranda yaşayış binasında partlayış olub

Tehranda yaşayış binasında partlayış olub

İranın paytaxtı Tehranda yaşayış binasında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.

SİA-nın məlumatına görə, bu barədə "Tasnim" agentliyi xəbər verib.

Məlumata əsasən, daha ən azı altı nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Tehran polisi bildirib ki, evdə partlayıcı maddələrin istehsalı sexi olub, onların partlaması insidentə səbəb ola bilərdi.

Hadisə ilə bağlı başqa təfərrüatlar hələlik açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə