“Qiyamət günü təyyarəsi”nin Avropaya növbəti uçuşu

“Qiyamət günü təyyarəsi”nin Avropaya növbəti uçuşu

ABŞ-ın Avropadakı komandanlığı İslandiyadakı bazaya “qiyamət günü təyyarəsi”nin (“самолёт Судного дня”) enməsi barədə məlumat verib.

SİA-nın əldə etdiyi məlumata görə, “E-6B Mercury” ABŞ Ordusunun Avropa kontingenti ilə əməliyyatlar zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin hava-desant komanda məntəqəsi kimi xidmət edir.

Verilən məlumatlara görə, “Qiyamət təyyarəsi” nüvə müharibəsində strateji nəzarət və rabitə lövhəsidir. Təyyarə digər atrubetlər arasında, qitələrarası ballistik raketlərlə təchiz edilmiş nüvə raket kreyserləri ilə əlaqə yaratmaq üçün nəzərdə tutulub. Qeyd edək ki, bir təyyarə o rta hesabla ildə iki-üç dəfə Avropaya uçur.

Yeri gəlmişkən, ABŞ-ın Keflavik bazası İslandiyada yerləşir. ABŞ ordusu 1941-ci ildən 2006-cı ilə qədər orada yerləşdirilib.

2016-cı ildə Vaşinqton və Reykyavik Amerika qoşunlarını adaya qaytarmaq barədə razılığa gəliblər. İslandiya hakimiyyəti daha sonra bu qərarı Avropada təhlükəsizliyin pisləşməsi ilə izah edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə