ABŞ prezidenti Co Bayden yaxın gələcəkdə hərbi əməliyyatların dondurulacağı barədə Zelenskiyə məlumat verib. SİA xəbər verir ki, bunu ukraynalı politoloq Mixail Pavliv deyib.
Onun sözlərinə görə, Ağ Ev sahibi bu qərarı Çinə görə verib. Pavliv Vaşinqtonun Pekinin Moskvaya birbaşa hərbi dəstək verməyə başlaya biləcəyindən çəkindiyini vurğulayıb: “Bayden Ukrayna prezidenti Zelenskiyə döyüşlərin tezliklə dondurulacağı ilə bağlı xəbərdarlıq edib. Vaşinqtonla Pekin arasında ziddiyyətlərin daha da dərinləşəcəyinə inanan Bayden Çinlə gərginlikdə maraqlı deyil. Birləşmiş Ştatlar Kiyevə Zaporojye vilayətində hərbi əməliyyatları müvəqqəti intensivləşdirməyə icazə verib ki, regionun mümkün qədər çox hissəsinə nəzarəti bərpa etmək imkanları olsun. Fakt budur ki, orada Amerika şirkətlərinin maraqlandığı nikel və kadmium yataqları var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB