Almaniya Ukraynanı kəşfiyyat sistemləri ilə təchiz etməyə başladı
Almaniyanın "Rheinmetall" konserni Ukraynanı ərazilərin monitorinqi üçün avtomatlaşdırılmış kəşfiyyat sistemləri ilə təchiz etməyə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, şirkətin məlumatına görə, sifarişin dəyəri on milyonlarla avro dəyərində vəsait təşkil edir.
Bildirilib ki, paketə mobil müşahidə qüllələri, mini dronlar, idarəetmə sistemləri və nəqliyyat vasitələri daxildir.
Qeyd edək ki, "Rheinmetall" konserni həm də "Leopard" tanklarının əsas istehsalçısı kimi tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB