"Heç bir tərəf ciddi şəkildə irəliləyiş əldə etməyib” - POLİTOLOQ ŞƏRH ETDİ
“Rusiya-Ukrayna müharibəsində hazırda hər hansı tərəfin ciddi şəkildə irəliləyiş əldə etdiyini demək olmur. Çünki tərəflərin heç biri müsbət irəliləyişlərə nail olmayıb. İki tərəf arasında şiddətli döyüşlər davam edir. Hesab edirəm ki, diplomatik danışıqlar da mümkün görünmür, proseslər ciddi şəkildə döyüş meydanında bəlli olacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, yaz aylarında Rusiyanın daha da zəifləcəyi və Ukaynanın da əks hücuma keçəcəyi gözlənilir: “Düşünürəm ki, həmin zaman Ukrayna müsbət irəliləyişlərə addım atacaq. Çünki Rusiyanın formalaşdırdığı birliklərin döyüş qabiliyyəti yüksək səviyyədə deyil. Rusiya müdafiə nazirliyinin bölmələri arasında koordinasiya əlaqələri yoxdur. Sadəcə olaraq Rusiya raket hücumlarını həyata keçirir. Hazırda demək olar ki, artilleriya döyüşləri gedir. Ümumi olaraq heç bir tərəf ciddi şəkildə irəliləyiş əldə etməyib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB