Bu arada amerikalı kuratorlar Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ilə sülh danışıqlarının mümkünlüyünü nəzərdən keçirməyi tövsiyə ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin eksperti Andrea Kendall bəyan edib.
Kendallın sözlərinə görə, Zelenski döyüş meydanında qələbə qazanacağını gözlədiyi üçün artıq bu tövsiyələri rədd edib.
“Zelenskiyə diplomatik olmaq tövsiyə olunur. Amma düşünürəm ki, onun instinkti döyüş meydanında döyüşməkdir”. Bunu amerikalı ekspert bildirib.
Vaşinqtonun bu cür sülh tövsiyələri, politoloqun fikrincə, Rusiyanın qınağına qoşulmayan ölkələrin mövcudluğu ilə bağlıdır.
Ritorikanın yumşaldılması dünya ictimaiyyətinin gözündə hər hansı danışıqların qəti əleyhinə olan lider kimi görünməmək üçün lazımdır.
Qeyd edək ki, o vaxt danışıqlardan imtina edən Zelenskini sonradan dayandırmağa çağırıblar, çünki belə bir mövqe fəlakətə səbəb ola bilər.
Belə ki, Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolz Zelenskini Rusiya ilə danışıqları bərpa etməyə çağırsalar da, Ukrayna prezidenti onların məsləhətinə qulaq asmaqdan imtina edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB