“SSRİ dağılandan sonra Qərb dünyanı istədiyi şəkildə qurmaq istəyir”

“Rossiya-1” dövlət telekanalına müsahibəsində V.Putin ABŞ və NATO-nun hərəkətlərinə münasibət bildirərək deyib...
“SSRİ dağılandan sonra Qərb dünyanı istədiyi şəkildə qurmaq istəyir”

Rusiya prezidenti Vladimir Putin dünyanın yalnız Amerika Birləşmiş Ştatlarının (ABŞ) maraqları naminə qurulmasına qarşı olduqlarını bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, “Rossiya-1” dövlət telekanalına müsahibəsində V.Putin ABŞ və NATO-nun hərəkətlərinə münasibət bildirərək deyib: “ABŞ-la qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan Yeni Strateji Silahların Azaldılması Sazişində (START) Rusiyanın iştirakını dayandırdıq. NATO ABŞ-ın tələbilə bu sazişlə bağlı danışıqlara qatılmaq istədiyini bildirdi. Buna etiraz etmədik. Amma NATO-nun aparıcı ölkələri Rusiyanı strateji cəhətdən məğlub etməyi hədəfə alıblar ki, xalqımız əziyyət çəksin. Bununla belə, indiki şəraitdə onların potensialını necə hesaba qatmaya bilərik? Üstəlik onlar Ukraynaya on milyardlarla dollarlıq silahlar göndərir. Bu özü müəyyən mənada məsələyə daxil olmaqdır.

İngiltərə və Fransaya məxsus nüvə silahları da nəzərə alınmalıdır. NATO Rusiyanı parçalamaq istəyir. Buna görə də ölkəmizin təhlükəsizliyi təmin edilməlidir.

Sovet İttifaqının dağılmasından sonra Qərb ölkələri dünyanı özlərinə məxsus şəkildə yaratmaq cəhdindədir. Biz yalnız bir ölkənin - ABŞ-ın maraqları naminə formalaşan yeni dünyanın qurulmasına qarşıyıq. Beynəlxalq arenada hər kəsə hörmət, hər kəsin maraqlarına əməl olunması uğrunda mübarizədə çoxqütblü dünya qalib gələcək. Buna heç bir şübhəm yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə