Saakaşvilinin həkimi xəbərdarlıq edib

Saakaşvilinin həkimi xəbərdarlıq edib

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili kritik çəki itirdiyinə görə reanimasiyaya düşə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu onun həkimi Tamara Davaraşvili bildirib.

Davaraşvili qeyd edib ki, həkimlər və Saakaşvili fərqli məqsədlər güdürlər.

Məsələn həkimin dediyinə görə, Saakaşvili vəziyyəti gərginləşdirməyə və azadlıq əldə etməyə çalışır.

“...Xəstə bir neçə aydır ki, bizim klinikadadır, hər dəfə deyirlər ki, vəziyyəti ağırdır. Mən səkkiz ay ağır xəstələrin bir klinikada yatdığını görməmişəm”.

Bunu da Saakaşvilinin həkimi deyib.

Saakaşvili seçici şəkildə dərman qəbul edir və pis qidalanır. Davaraşvilinin dediyinə görə, o arıqlamağa davam edərsə, bu halda reanimasiyaya düşəcək.

O, həmçinin eks-prezidentin Gürcüstana gəlişini böyük səhv kimi peşman olduğunu bildirib.

Bu arada Saakaşvilinin anası Julie Alasania oğlunu klinikada ziyarət edib. O, oğlunun vəziyyətinin ağır olduğunu, yüksək hərarət və əzələ ağrılarından əziyyət çəkdiyini, ona görə də ağrıkəsici qəbul etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə