Azərbaycanın Beyrutdakı səfirliyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdə bildiriblər ki, mərasim iştirakçıları Xocalı faciəsi qurbanlarının və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Xocalı faciəsi və şəhidlərə həsr olunmuş stendin önünə əklil qoyulub.
Sonra ölkəmizin Livandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Akkar bölgəsinin Kavaşra qəsəbəsində ucaldılmış Zəfər abidəsinin önündə yerli ictimaiyyətin iştirakı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Abidənin önündə faciə qurbanlarının xatirəsinə həsr olunmuş Xocalıya ədalət çağırışlı plakatlar quraşdırılıb, yerli ictimaiyyət tərəfindən əklil qoyulub, soyqırımı qurbanlarının ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən qəsəbə nümayəndələri ermənilərin törətdiyi vəhşılıkləri əsl soyqırımı aktı və insanlıq əleyhinə cinayət kimi dəyərləndiriib, xalqımızla həmrəylik ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB