Ukraynadakı alman və amerikan tankları bir maneə ilə qarşılaşa bilər, belə ki, bu ölkədəki bütün körpülər onlara tab gətirə bilməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu şənbə günü, fevralın 25-də fransalı jurnalist Kristel Nean bildirib.
Beləliklə, Neanın sözlərinə görə, tanklar Ukrayna ərazisinə çatdıqda, Ukrayna Silahlı Qüvvələri onları cəbhə xəttinə çatdırmaqda çətinlik çəkəcəklər.
“...Onların cəbhə xəttinə çatdırılmasında problemlər yaranacaq, çünki Ukraynada bir çox körpülər 50 tondan çox yük üçün nəzərdə tutulmayıb”-deyən Neanın fikrincə, istehsalçılar “Abrams” və ya “Leopard” kimi ağır tankları döyüşməli olduqları əraziyə uyğunlaşdıra bilməyəcəklər.
...Və bu tanklar körpülərdən keçsələr belə, palçıqda boğula bilərlər, çünki yazda Ukraynanın qara torpağı belə zirehli maşınlar üçün keçilməz hala gəlir.
Buna deyən gərək,..amma Polşanın müdafiə naziri Mariuş Blaşçak Ukraynadakı qara torpağa, lehimə baxmayaraq artıq Kiyevə dörd “Leopard” göndərib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB