Xaçikyan günahını qismən etiraf edib...

Xaçikyan günahını qismən etiraf edib...

Sankt-Peterburqun Kuybışevski Rayon Məhkəməsi OMON zabitini öldürməyə cəhddə təqsirləndirilən şəxsi həbsə göndərib.

Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidmətinin məlumatına görə, məhkəmə Tiqran Xaçikyana qarşı həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib. O, 2023-cü il aprelin 23-dək həbsdədir.

SİA-nın rus saytlarının istintaqın məlumatına istinadən xəbər verir ki, metronun “Qostiniy dvor” stansiyası ətrafında Xaçikyan lüləli silahdan OMON zabitinə iki dəfə atəş açıb. Xəsarət alan təhlükəsizlik əməkdaşının vəziyyəti ağır kimi qiymətləndirilir.

Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat verib ki, hadisə yerinə baxış zamanı iki tapança, travmatik tapança və döyüş sursatları götürülüb. Təqsirləndirilən şəxsin evində axtarışlar aparılaraq məhkəmə-tibbi ekspertiza kompleksi təyin edilib.

Maraqlıdır ki, adam öldürməyə cəhd edən Xaçikyan, günahını qismən etiraf edib. Məhkəməyə təqdim olunan materiallardan belə çıxır ki, Xaçikyan Rusiya Federasiyasında qadağan olunmuş “Artpodqotovka” ekstremist və terrorçu hərəkatının fikirlərini bölüşür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə